|
İlk əvvala xalçanı seçərkən onun
hansı sapdan, ilmələrin sıxlığı,
rəng uyğunluğu, naxışların
gözəlliyinə diqqət yetirmək
lazımdır. Bu Sizə xalçanı əldə
etməkdən qabaq təsuratlarınızı
artıracaq.
Digər sual: hansı xalça – xovlu
və yaxud xovsuzdur? Bu zaman onu
satıcıdan soruşmağı unutmayın.
Almamışdan qabaq xalçanın
qalınlığına diqqət yetirməli.
Yaşı 100 ildən artıq olan xalça
antikvar sayılır.
Bahalı xalçanı ölkə
hüdudlarından kənara çıxartmaq
üçün serifikat lazımdır. Bunu
satan şəxs təmin etməlidir.
Ipək xalçalar yüngül olmalı və
adi tərpətməklə öz rəngini cuzi
dəyişməlidir.
Sizin üçün sərfəli olar ki,
xalçanı əldə etmək üçün istehsal
olunan emalatxanalardan və yaxud
fabrikdən alasınız. Çünki,
mağazadan alacağınızdan ucuz
(bəzən 3–5 dəfə) fərq edər.
Əl xalçaları bədii və texniki
xüsusiyyətlərinə görə
qiymətləndirilir. Bədii
xüsusiyyətləri onun naxışlarının
qəlizliyi, ornamentlərinin
çoxluğu, nəbati və həndəsi
elementlərindədir.
Texniki xüsusiyyətləri
materialın keyfiyyəti və
xalçanın sıxlığı ilə ölçülür.
Hər 1 dm.-də nə qədər çox ilmə
varsa xalça o qədər də sıxdır.
Bəzən ilmələrin sayı 1 dm.–də
35–dən 80-ə kimi olur.
Seçiminiz
zövqlü olsun. Hörmətlə P.
Kazımov
|