Bu xalçanının eskizi 1996 – cı ildən çəkilməyə başlanılmışdır. Sonrakı proses həmin eskizin fasilərlə 8 il ərzində xalça ceşnisinə köçürülməsi olmuşdur. Xalçanın ceşni eskizində 700 – dən çox Azərbaycanda toxunmuş qədim xalça nümunələrinin və Şərq aləminin ornomentləri və elementləri vardır. Bu xalça 2004 – cü ildən toxunulmağa başlamış 18 ay ərzində tamamlanmışdır. Xalça 40 sıxlığa ( 1 dm2 – də 1600 ilmə ) yun əsasında İtaliya və İran istehsalı olan təmiz yunla toxunmuşdur. Boyaq işlərinin tam əksəriyyəti təbii boyaqlardan alınmış rənglər təşkil edir ( qoz qabığı, soğan qabığı, balıd ağacı, boyaqotu kökləri, zəfaran, moy çiçəyi, cobanyastığı, gülxətimi və sarı çiçəklər, heyva cubuqları, nar qabığı, müxtəlif növlü gül ləçəkləri və s.).

 

Xalçaçılıq tarixində rezonans xalça

 

 

Xalçanın toxunması zamanı rənglərin müxtəlif calarları ilə birlikdə 200 – dən çox rəng işlənmişdir. Xalçanın ölçüləri eni 1.25, uzunluğu 1.78 m – dir. xovun qalınlığı 4 mm – dir.

 

Xalçanın bədii və mistik xüsusiyyətləri:
 

Xalçanın başlanğıcında ( aşağı hissəsi ) soldan – sağa tərəf 7 dəvədən ibarət karvan qabağında da karvanın sarvanı təsvir edilmişdir. 7 - dəvədən ibarət karvan  həftənin 7 günü və yerin 7 qatına işarədir. Karvanın üst tərəfində üfüqi istiqamətdə məscid kümbəzi və minarələri göstərilmişdir. Tən ortada Quran ayəsi göstərilmişdir ki, bu da məscidin giriş qapısının rəmzidir. Kümbəzin içərisində 8 guşəli ulduz və ulduzun icərisində Allahın adının müxtəlif yazı qrafikası göstərilməklə Quran ayəsindən seçmələr və İslam peyğəmbəri Muhəmməd s.ə. adı göstərilmişdir. Kümbəzin üst tərəfində Allahın adının 7 dəfə təkrarlanması göyün 7 qatına işarədir. Rənglərin qarışıq istifadə olunması və ondan alınmış görünüş bu hissəyə sanki nur saçır. Məhz buna görə xalçanın adını "Nur" adlandırmışıq. Məscidin minarələrinin üstündə olan ayparalardan biri açıq, digəri isə tünd rəngli ipəkdən toxunmuşdur. Bu isə günəşin Şərqdən çıxıb, Qərbdə batmasına işarədir. Qapı işarəsinin üstündə əllər ( biri açıq, biri isə bağlı ) göstərilmişdir. Bu isə Həzrət Əli s.ə. – dən gələn hədisə ( israfçılıq edərsənsə çoxu azaldarsan, qənaət edərsənsə azı çoxaldarsan ) mənasını əks etdirir. Xalçanın tamamında Allah böyükdür sözü ərəb dilində naxış qrafikası ilə toxunmuşdur.

 

Bu xalçanın müxtəlif hissələrində cənnətin gözəlliklərini əks etdirən naxışlar, insan, heyvan, təbiət, dünyanın dərk olunması və s. fərqli sujetlər naxışların dili ilə əks olunmuşdur.

 

 

Hal – hazırda iki göstəriciyə görə "Ginesin Rekordları Kitabı"nın təqdimatındadır.

 

1 – ci göstərici. Dünya xalçaçılıq tarixində ilk xalçadır ki, 200 dən çox rəng işlənmişdir.

 

2 – ci göstərici. Ilk xalçadır ki, 700 dən çox ornament və bütövlükdə Şərq dünyasının İslam motivində elementləri işlənmişdir.

 

Mədəniyyət və Turizm nazirliyinin təşəbbüsü ilə rejissor M. Ələkbərzadə tərəfindən UNESCO təqdimatı üçün "Gələcəyə məktub" adlı xalçaçılığa aid çəkilən sənədli flimdə xüsusi olaraq çəkilmişdir.

Müəllif hüquqları qorunur.     Kazımov P.