Əsrlər boyu rəngdən-rəngə, ilmədən-ilməyə dəyişən və nəsildən-nəsillərə qalan xalçalar bizim tarixi milli sənətimizdir.

 

Xalçalar evimizə xoş əhval ruhiyyə gətirməklə yanaşı pis və yaxşı günlərdə xeyirxah dostlar kimi hər zaman yanımızda olub.

 

Təcrübəli sənətkarlar tərəfindən böyük həvəs və məhəbbətlə toxunan əl xalçalarımız zövqünüzdən yan keçməz.

 

Qədim Şərq mədəniyyətinin bir hissəsi olan milli xalçalarımızı Sizə təqdim etməklə qürur duyuruq.

 

Hörmətlə:  Pərvin Kazımov.