Xalçaçılıq Azərbaycanın qədim tarixindən xəbər vərən bir sənətdir. Azərbaycan xalqı tərəfindən incəsənətin bu növü əsrlərlə nəsildən–nəsilə keçmiş və inkişaf etdirilərək, dünya incəsənətinə daima öz töhfəsini vermişdir. Bu gündə  sevilən və təəcüb doğura biləcək xalçalar vətən oğul–qızları tərəfindən böyük məhəbbətlə toxunmaqdadır. Buna sübut isə Azərbaycana xas naxışlarla yaradılmış  bu sənət inciləri  dünyanın tanınmış  muzeylərində ən dəyyərli eksponat  kimi  göstərilməkdədir.

Azərbaycanda xalçaçılıqla məşğul olanlardan biri də, ixtisasca tarixçi olan Kazımov Pərvin Vaqif oğludur. Ona məxsus "Pərvin Xalça" emalatxanasında Azərbaycan xalçaçılıq sənətinə aid xalçalar toxunur. "Pərvin Xalça" adı ilə tanınan bu xalça emalatxanası 1992–ci ildə Kazımov Vaqif tərəfindən Gəncə şəhərində yaradılmışdır.

 

Xalça emalatxanasında iş gedərkən

 

Onun Xalça emalatxanasını yaratmaqda məqsədi 1989–ci ildə Ermənistandan məcburi deportasiya olunmuş və Qarabağ müharibəsi zamanı qaçqın düşmüş qız və gəlinlərimizi işlə təmin etmək, Azərbaycanın qədim sənət növlərindən biri olan xalçaçılığı inkişaf etdirərək dünyaya tanıtmaq olmuşdur.

 

2003–cü ildə Kazımov Vaqif oğlu Pərvini bu işə cəlb etmişdir. Bu sahəyə olan maraq nəticəsində Pərvin xalça emalatxanasını "Pərvin Xalça" adı ilə inkşaf etdirərək   tanınmışdır. Həmçinin emalatxana genişləndirilərək  xalça toxuyanların və avadanlıqların sayı artırılmışdır.

 

Bu   emalatxanada xalçaçılıq sənətinin əsasən qədim və eksklyuziv xalçaları ilə yanaşı, portretlər, rəsm əsərləri, sujetli xalçalar, dini xalçalar, emblemlər və loqotip xalçalar toxunmuş və toxunmaqdadır.

 

Azərbaycan qadının əlləri ilə yaradılan bu gözəl xalçalarımızın toxunmasında istifadə etdiyimiz materiallar təmiz yun və ipək olmaqla, təbii üsulla boyanılmış saplardan istifadə olunur. Bu sapları əsasən İtaliya, İran, Rusiya, və Türkiyədən gətizdirilir.

 

Hal hazırda emalatxanamızda toxunan xalçalar bir sıra xarici ölkələrdə şəxsi kolleksiyaları bəzəməkdədir. Xalçalarımız olan ölkələrin coğrafiyası çox genişdir; Rusiya, Türkiyyə, ABŞ, Yaponiya, Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və s.

 

Əminik ki, bizdə toxunan  xalçalar  zövqünuzə qədimlik və müasirlik  ruhu oxşayacaqdır.

 

                                                              Hörmətlə:  Pərvin Kazımov.